15:04
Bakı metropoliteninin fəaliyyəti bərpa olunub. Xətlər üzrə qatarlararası intervallar qorunmaqla hərəkət tam təmin edilib.
Yaranmış narahatlığa görə sərnişinlərdən bir daha üzr istəyir, göstərilən anlayışa görə təşəkkür edirik.
14:50
Bakı Metropoliteninin fəaliyyəti saat 15:00-da bərpa ediləcək.
13:10
Xəbər verdiyimiz kimi, Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Milli.Az xəbər verir ki, hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.
Yaxın bir saat ərzində metropolitenin fəaliyyəti bərpa ediləcək.
Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir, göstərilən anlayış üçün təşəkkür edirik.
Aysel
Milli.Az