“İçərişəhər-Əhmədli” istiqamətində qatarların hərəkəti bərpa edilib - YENİLƏNİB

21 Aprel 2026 21:05

"İçərişəhər-Əhmədli" istiqamətində qatarların hərəkəti bərpa edilib.
-------
12:57 

"Qara Qarayev-Nərimanov" mənzilində tuneldə qalan qatarlardan sərnişinlərin evakuasiyası təhlükəsiz şəkildə həyata keçirilib.

Texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

12:43

Metro əməkdaşları və sərnişinlərin həyatı üçün hər hansı təhlükə qeydə alınmayıb.

Hazırda texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

12:36

Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Milli.Az xəbər verir ki, bu gün saat 12:10 radələrində "Ulduz-Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.

Təhlükəsizlik məqsədilə "Ulduz" və "Nərimanov" stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların "Nərimanov-Əhmədli" istiqamətində hərəkəti məhdudlaşdırılıb.

Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

Aysel
Milli.Az