"Barselona"nın hücumçusu Lamin Yamal "İnter Mayami"nin kapitanı Lionel Messini özünə əsas nümunə adlandırıb.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, gənc futbolçu bu barədə İspaniya KİV-ə açıqlamasında qeyd edib.
"Messi bütün zamanların ən yaxşı futbolçusudur. O, bütün zamanların ən yaxşı idmançısı olmasa belə, mütləq onların sırasındadır. Hamı onun əldə etdiklərinə görə ona hörmət edir. Ümid edirəm ki, mən də onun yolunu davam etdirə biləcəyəm", - deyə Yamal bildirib.
Milli.Az