Bir ailənin dörd üzvü dəm qazından zəhərləndi

21 Aprel 2026 11:17

Qobustan rayonunda bir ailənin dörd üzvü zəhərlənib.

Milli.Az Azərtac-a istinadla xəbər verir ki, rayon sakinləri - 30 yaşlı X.Mədətova, 11 yaşlı F.Mədətova, 10 yaşlı M.Mədətov və 4 yaşlı A.Mədətov ilkin ehtimallara görə, yaşadıqları evdə dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.

Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, hazırda müalicələri davam edir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az