Meksika ehramında terror - Ölən və yaralananlar var

21 Aprel 2026 11:24

Meksikada yerləşən Teotihuacan piramida kompleksində baş verən silahlı insident nəticəsində 32 yaşlı Kanadalı qadın həyatını itirib, bir neçə nəfər yaralanıb.

Milli.Az xəbər verir ki, rəsmi məlumata görə, silahlı şəxs turistlərin sıx olduğu ərazidə atəş açdıqdan sonra intihar edib. Hadisə ölkənin ən məşhur turizm məkanlarından birində - UNESCO-nun Dünya İrsi siyahısına daxil edilən qədim kompleksdə baş verib.

Meksika Prezidenti Klaudiya Şeynbaum qurbanların ailələrinə başsağlığı verərək, hadisədən dərin kədər hissi keçirdiyini bildirib. O, təhlükəsizlik qurumlarına hadisənin dərhal araşdırılması və zərərçəkənlərə bütün lazımi dəstəyin göstərilməsi barədə göstəriş verib.

Rəsmilər bildiriblər ki, yaralananlar arasında Kolumbiya, Rusiya və Kanada vətəndaşları var. 

Atəş açan şəxsin kimliyi isə hələlik açıqlanmayıb.

Milli.Az