Köhnə maşınlarını verib 1 milyon manatdan çox ödəniş alıblar

21 Aprel 2026 10:40

2024-cü ilin oktyabr ayından indiyə qədər 26 514 nəqliyyat vasitəsi utilizasiyaya verilib.

Bunu Milli.Az-ın sorğusuna cavab olaraq "Təmiz Şəhər" ASC-dən məlumat verilib.

Bildirilib ki, nəqliyyat vasitələrinin utilizasiyası proqramı çərçivəsində 1408 ədəd yerli istehsal yeni nəqliyyat vasitəsinin güzəştlə satışı həyata keçirilib, 1 milyon manatdan çox birdəfəlik ödəniş isə ərizəçilərin bank hesabına ödənilib.

Qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında aparılır və məcburi xarakter daşımır.

Ayxan

Milli.Az