Yaponiya hərbi poliqonunda partlayış: Ölənlər var

21 Aprel 2026 10:24

Yaponiya Özünümüdafiə Qüvvələrinin Oita prefekturasında yerləşən "Hidzuday" poliqonunda keçirilən hərbi təlimlər zamanı sursat partlayıb.

Milli.Az xəbər verir ki, bildirilib ki, hadisə nəticəsində üç hərbçi həyatını itirib, daha bir nəfər isə xəsarət alıb. Məlumata görə, məşqlər tank bölməsi tərəfindən icra olunurdu.

Hazırda Yaponiyanın Özünümüdafiə Qüvvələri tərəfindən xəsarət alan hərbçilərin sağlamlıq vəziyyətləri, partlayışın başvermə səbəbləri və hadisənin digər detalları araşdırılır. 

İddiaya görə, partlayış tankın içərisində mərmi partlaması səbəbindən baş verib.

Milli.Az