Luis Diasdan tarixə düşən REKORD

21 Aprel 2026 11:01

Almaniya Bundesliqasında mövsümün həlledici qarşılaşmalarından biri çempionluqla yadda qalıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, "Bavariya" XXX tur çərçivəsində "Ştutqart" üzərində 4:2 hesablı qələbə qazanaraq titulunu rəsmiləşdirib.

Görüşdə fərqlənən əsas simalardan biri kolumbiyalı futbolçu Luis Díaz olub. 29 yaşlı vinger matçda iki məhsuldar ötürmə ilə yadda qalıb və bununla da əlamətdar statistik göstəriciyə imza atıb. O, rəsmi statistikanın aparıldığı 2004/2005 mövsümündən bəri Bundesliqada bir mövsümdə həm 13 qol, həm də 13 assist həddinə çatan ilk "Bavariya" futbolçusu kimi tarixə düşüb.

Hazırda 15 qol və 13 məhsuldar ötürməsi olan Díaz Avropanın "Böyük beşlik" liqalarında bu mövsüm belə nəticə göstərən yeganə oyunçu kimi də seçilir.

Qeyd edək ki, kolumbiyalı futbolçu ötən yay "Liverpul"klubundan 70 milyon avro qarşılığında Münhen təmsilçisinə transfer olunub. Onun klubla müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.

Hüseyn
Milli.Az