Lionel Messinin həyat yoldaşı Antonella Rokkuzzo ABŞ-də keçirilən nüfuzlu moda tədbirində diqqət mərkəzində olub.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, onun gecədə istifadə etdiyi boyunbağının qiyməti kifayət qədər yüksək - təxminən 5 milyon dollar dəyərində qiymətləndirilir.
Antonela tədbir üçün seçdiyi tünd göy rəngli, sadə, lakin zərif libasını iri və günəş formasını xatırladan zinət əşyası ilə tamamlayaraq fərqli üslub nümayiş etdirib. Onun bu görünüşü moda həvəskarları və sosial media istifadəçiləri tərəfindən geniş müzakirə olunub.
Gecə boyunca enerjili və pozitiv davranışı ilə seçilən Rokkuzzo bir daha yalnız futbol ulduzunun həyat yoldaşı kimi deyil, həm də stil və moda dünyasında söz sahibi olan fiqurlardan biri olduğunu göstərib. Onun adı uzun müddətdir ki, həm idman, həm də dəb gündəmində aktual olaraq qalır.
Hüseyn
Milli.Az