Bu gün Azərbaycandan Ermənistana dizel yanacağının tədarükü baş tutub.
Milli.Az xəbər verir ki, 974 ton dizel yanacağı yüklənmiş 16 ədəd vaqondan ibarət qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.
Belə ki, yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq./Trend.Az
Milli.Az
___________
Azərbaycandan Ermənistana yanacaq məhsullarının tədarükü çərçivəsində növbəti yanacaq partiyası göndəriləcək.
Milli.Az xəbər verir ki, 16 vaqon dizel yanacağının bu ölkəyə göndərilməsi nəzərdə tutulur.
Qeyd edilən həcmdə dizel yanacağı bu gün - dəmir yolu ilə Azərbaycandan yola salınacaq.
Milli.Az