"Qaziantep" "Kayserispor"u darmadağın etdi

21 Aprel 2026 09:05

Türkiyə çempionatında 30-cu tura yekun vurulub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, turun son oyununda "Qaziantep" doğma meydanda "Kayserispor"u 3:0 hesabı ilə məğlub edib.

Qolları 25-ci dəqiqədə Bayo, ilk hissənin əlavə vaxtında isə Ait Bennasser vurub. Meydan sahibləri oyuna nəzarət edərək inamlı qələbə qazanıblar.

30 turdan sonra "Qalatasaray" 71 xalla turnir cədvəlinin lideridir. "Fənərbağça" 67 xalla ikinci, "Trabzonspor" 65 xalla üçüncü, "Beşiktaş" isə 55 xalla dördüncü pillədə qərarlaşıb.

Milli.Az