Gözəllik salonunda işçi qəfil öldü

21 Aprel 2026 01:04

Abşeron rayonunda ölüm hadisəsi qeydə alınıb.

Milli.Az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsində yerləşən qadın gözəllik salonlarından birində baş verib.

1997-ci il təvəllüdlü Surxay Rəhimov işlədiyi zaman qəfildən halı pisləşib və o, hadisə yerindəcə vəfat edib.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az