Türkiyənin məşhur pop ulduzları Murat Boz və Hadisenin səhnədəki səmimi görüntüləri sosial şəbəkələrdə gündəm olub.
Milli.Az xəbər verir ki, konsert zamanı qeydə alınan videoda iki ifaçının səhnə performansı zamanı yaxın və səmimi davranışları diqqət çəkib. Görüntülər yayıldıqdan sonra sosial mediada geniş müzakirələr başlayıb.
İzləyicilərin bir qismi bu anları "səhnə enerjisi və dostluq atmosferi" kimi qiymətləndirərkən, digər istifadəçilər isə onların davranışlarını fərqli şəkildə şərh edərək müxtəlif fikirlər irəli sürüblər.
Qısa zamanda yayılan video çox sayda paylaşılıb və Murat Boz ilə Hadise yenidən sosial şəbəkələrin gündəm mövzularından birinə çevriliblər.
Musa
Milli.Az