Acun "Mançester Yunayted"in ulduzunu birdəfəlik transfer edir - FOTO

20 Aprel 2026 23:25

"Hall Siti" qış transfer dövründə heyətinə qatdığı, lakin zədə səbəbindən cəmi 5 oyunda meydançaya çıxa bilən Tobi Kolliyeri əldən vermək istəmir.

Milli.Az xəbər verir ki, Kolliyer "Hall Siti"yə keçdikdən sonra ciddi zədə alıb və mövsümün qalan hissəsində forma geyinə bilməyəcək. Qaydalara əsasən, o, mövsüm sonunda rəsmən "Mançester Yunayted"ə qayıtmalıdır. Lakin klub rəhbərliyi və Acun Ilıcalı oyunçunun nümayiş etdirdiyi potensialdan o qədər razı qalıblar ki, onu komandada saxlamağa qərar veriblər.

"Hall Siti" rəhbərliyi həm futbolçunun özü, həm də "Mançester Yunayted" klubu ilə ön görüşmələr aparıb.

Məlumata görə, 22 yaşlı yarımmüdafiəçi də karyerasını "Hall Siti"də davam etdirməyə müsbət yanaşır.

Transfer prosesinin yaxın vaxtlarda rəsmiləşəcəyi və Kolliyerin növbəti mövsümdə də Acun Ilıcalının komandasında çıxış edəcəyi gözlənilir.

Lalə Qüdrətova
Milli.Az