"Hətta həyat yoldaşım da bunu sevmir"

21 Aprel 2026 00:12

Premyer Liqanın 33-cü həftəsində komandasına qələbə qolunu qazandıran Haaland meydançadakı mübarizənin futbol sərhədlərini aşaraq "güləşə" çevrildiyini bildirib.

Milli.Az xəbər verir ki, oyunun 65-ci dəqiqəsində "Arsenal"ın müdafiəçisi Qabriel ilə girdiyi ikili mübarizədə alt geyiminin cırılmasına baxmayaraq hakim tərəfindən fol qərarı verilməməsi Haalandı qəzəbləndirib:

"Fol verilmədi, günümüzün Premyer Liqası belədir. Hər yerdə güləş, saysız-hesabsız ikili mübarizə və cırmaqlama var."

Haaland zarafatla qarışıq etirazını belə ifadə edib: "Hətta həyat yoldaşım da bunu sevmir, meydançadakı bu güləş mənzərəsi kifayət qədər çirkin görünür"

Hakim qərarlarından narazı olsa da, Haaland atasının (keçmiş futbolçu Alf-İnqe Haaland) ona verdiyi nəsihəti xatırladaraq mübarizəyə davam edəcəyini vurğulayıb. O, bütün fiziki təzyiqlərə baxmayaraq yıxılmamağa və qol vurmağa kökləndiyini qeyd edib.

Lalə Qüdrətova
Milli.Az