Fərid Ərşadlıya vəzifə verildi

20 Aprel 2026 23:13

Sumqayıt Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi həyata keçirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, Fərid Ərşadlı şəhərin baş memarı vəzifəsinə təyin olunub.

Qeyd edək ki, bu vəzifəni bundan əvvəl Rəşad Əhmədəliyev icra edirdi.

Sumqayıt şəhər İcra Hakimiyyəti məlumatı təsdiqləyib.

Milli.Az