Uzadıcı kabel ilə istifadəsi riskli olan 12 cihaz

20 Aprel 2026 23:51

Uzadıcı kabellər şəbəkənin ümumi gücünü artırmır, sadəcə mövcud gücü bölüşdürür. Standart 15 amperlik bir uzadıcı maksimum 1800 W gücə dözə bilir. Bu həddi aşan cihazlar naqillərin qızmasına və qısaqapanmaya səbəb olur.

Milli.Az uzadıcıya (çoxlu rozetkaya) qoşulmamalı olan cihazları təqdim edir:
Yüksək enerji tələbatı olan bu 12 cihaz mütləq birbaşa divardakı əsas rozetkaya qoşulmalıdır:

Soyuducu

Mikrodalğalı soba

Paltaryuyan maşın

Kondisioner

Elektrikli qızdırıcılar (peçlər)

Qəhvə maşını

Tost maşını

Çoxfunksiyalı bişiricilər (multivarka)

Ütü

Fen (saç qurudan)

Blender

Elektrikli əl alətləri (drel və s.)

Nələri qoşmaq olar?
Kompüterlər, televizorlar, lampalar və telefon enerji doldurucuları kimi az cərəyan çəkən avadanlıqlar uzadıcılar üçün təhlükəsiz hesab olunur.

Yanğın riskini sıfıra endirmək üçün bu qaydalara əməl edin:

Qətiyyən bir uzadıcını digərinə qoşaraq xətti uzatmayın. Bu, müqaviməti artırır və yanğın ehtimalını kəskin artırır.

Uzadıcıları hamam və ya rütubətli zirzəmi kimi yerlərdə istifadə etməyin.

İstifadə zamanı kabel və ya rozetka başlığı isinirsə, bu, sistemin yükləndiyini göstərən ən ciddi xəbərdarlıqdır. Cihazı dərhal ayırın.

Ani voltaj dəyişmələrindən qorunmaq üçün "axın qorumalı" (surche protector) rozetkalara üstünlük verin.

Uzadıcı kabellər müvəqqəti həll yollarıdır. Əgər evinizdə rozetka çatmırsa, ən təhlükəsiz yol peşəkar elektrik çağıraraq divara yeni, sabit xətt çəkdirməkdir.

Lalə Qüdrətova
Milli.Az