Zeytunla pendiri eyni anda yeyənlər təhlükə ilə üz-üzədir

21 Aprel 2026 06:06

Zeytun və pendir fermentləşdirilmiş qidalar olduqları üçün əslində çox faydalıdırlar. Lakin mütəxəssisləri narahat edən əsas məsələ hər iki qidanın istehsal və saxlanma mərhələsində istifadə olunan yüksək duz miqdarıdır.

Milli.Az xəbər verir ki, ənənəvi üsullarla hazırlanan salamura zeytunlar və bərk pendirlər yüksək miqdarda sodyum (duz) ehtiva edir. Bu iki qida eyni öyündə nəzarətsiz şəkildə istehlak edildikdə:

Günlük sodyum ehtiyacı həddindən artıq aşılır ki, bu da arterial təzyiqin qəfil yüksəlməsinə səbəb ola bilər.

Bədəndə suyun tutulmasına, yəni ödemə yol açır.

Xüsusilə böyrək və hipertoniya xəstələri üçün bu "duz bombası" ciddi risk təşkil edir.

Səhər yeməyindən sonra yaranan həddindən artıq susuzluq hissi, əslində bədənin bu ağır sodyum yükünə qarşı verdiyi bir "yardım çağırışı"dır.

Sağlam qidalanmaq üçün 3 Qızıl Qayda
Mütəxəssislər bu ikilini süfrədən tamamilə kənarlaşdırmağı deyil, daha ağıllı istehlak etməyi təklif edirlər:

Zeytunları yeməzdən əvvəl mütləq bir müddət suda saxlayaraq artıq duzunu çıxarın.

Əgər pendiriniz çox duzludursa, yanındakı zeytunun az duzlu və ya "sele" (quru duzlama) növündən olmasına diqqət edin.

Pendir və zeytunun yanında cəfəri, kərəviz və ya şüyüd kimi göyərtilər yeyin. Bu göyərtilərdəki kalium, sodyumun bədəndəki mənfi təsirlərini neytrallaşdırmağa kömək edir.

Lalə Qüdrətova
Milli.Az