Türkiyədə daha bir məktəb yaxınlığında silah səsləri eşidildi - VİDEO

20 Aprel 2026 18:43

Türkiyənin Adana şəhərində orta məktəbin ətrafında eşidilən silah səsləri şagirdlər və valideynlər arasında panikaya səbəb olub.

Milli.Az xəbər verir ki, hadisə Seyhan rayonunun Gürselpaşa məhəlləsində yerləşən Yavuz Səlim Orta Məktəbinin yaxınlığında qeydə alınıb. İddialara görə, ətrafdan gələn atəş səslərini eşidən şagirdlər qorxuya düşərək məktəbi tərk ediblər.

Qısa müddət ərzində çoxsaylı valideynlər məktəbə axışıb. Əraziyə cəlb olunan polis əməkdaşları dərhal araşdırmalara başlayıb.

İlkin məlumata əsasən, səslərin birbaşa məktəblə əlaqəsi olmadığı müəyyən edilib. Buna baxmayaraq, hadisə məktəblərə yönəlik son hücumların fonunda narahatlığı artırıb.

Polis hadisənin səbəblərini dəqiqləşdirmək üçün araşdırmaları davam etdirir.

Fidan
Milli.Az