Tehranın hava limanları fəaliyyətini bərpa edib

20 Aprel 2026 17:46

İranın Mülki Aviasiya Təşkilatı Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanı və Mehrabad Hava Limanında sərnişin reyslərinin bərpa olunduğunu açıqlayıb.

Milli.Az xəbər verir ki, qurumun yaydığı bildirişdə qeyd olunub ki, aparılan koordinasiya işlərindən sonra hər iki hava limanında uçuşların həyata keçirilməsinə icazə verilib.

Eyni zamanda, bildirilib ki, Urmiya, Kirmanşah, Abadan, Şiraz, Kirman, Rəşt, Yəzd, Zəhedan, Gorgan və Birjənd hava limanlarında sərnişin reyslərinin icrası 25 aprel tarixindən etibarən mümkün olacaq.

Qeyd edək ki, İranda bütün uçuşlar fevralın 28-də başlayan müharibədən sonra dayandırılıb

Milli.Az