Bu qidalar beyni qoruyur - Alzheimer riskini azaldır

21 Aprel 2026 03:03

Qidalanma beyin sağlamlığına birbaşa təsir etdir.

Milli.Az xəbər verir ki, Alzheimer xəstəliyinin dəqiq səbəbi tam məlum olmasa da, qidalanma və ətraf mühit faktorlarının riskə təsir etdiyi bildirilir. 2022-ci ildə "Neurology" jurnalında yayımlanan araşdırma flavonoidlərlə zəngin qidaların demensiya riskini azalda biləcəyini ortaya qoyub.

Mütəxəssislərin tövsiyə etdiyi qidalar arasında avokado, brokoli, qaragilə, yumurta, yağlı balıqlar, yaşıl yarpaqlı tərəvəzlər, ton balığı, sarıkök, zəncəfil, ginkgo biloba və fermentləşdirilmiş məhsullar (kefir, qatıq, turşu) yer alır.

Bildirilir ki, bu qidalar iltihabı azaldır, yaddaşı gücləndirir, beyin qan dövranını yaxşılaşdırır və koqnitiv funksiyaların qorunmasına dəstək verir.

Həmçinin kifayət qədər yuxu, fiziki aktivlik və zehni məşqlərin də beyin sağlamlığı üçün vacib olduğu qeyd edilib.

Mina Mikayılova
Milli.Az