Yaponiyanın şərq sahillərində güclü zəlzələ qeydə alınıb.
Milli.Az xəbər verir ki, məlumatlara görə, yeraltı təkanların gücü 7,5 bal səviyyəsində qiymətləndirilib və bundan sonra sunami ilə bağlı xəbərdarlıq elan olunub.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi zəlzələnin yerli vaxtla günorta saatlarında baş verdiyini açıqlayıb. Yaponiya Meteorologiya Agentliyi isə təkanların gücünü daha yüksək - 7,5 bal olaraq qeydə alıb.
Zəlzələnin episentri Honşu adasının şərq sahillərinə yaxın ərazidə yerləşib.
Milli.Az