“Nəriman, sənin üçün bir qazan ləvəngi bişirmişik” - VİDEO

20 Aprel 2026 16:02

ABŞ-də çıxış edən Azərbaycan millisinin üzvü Nəriman Axundzadə yerli azarkeşlər tərəfindən dəstəklə qarşılanıb.

Milli.Az-ın məlumatına görə, həmyerlilərimiz MLS liqasının Şərq Konfransının 8-ci turu çərçivəsində keçirilən "Kolambus Kryu" - "Nyu-Enqland Revolyuşn" oyununu stadiondan izləyiblər.

ABŞ-də yaşayan azərbaycanlı Ceyhun Əlizadə bu anları sosial şəbəkədə paylaşaraq tribunadan futbolçuya səsləndiklərini qeyd edib. O, isinmə zamanı meydana çıxan Axundzadəyə müraciət edərək ona dəstək olduqlarını bildirib.

Paylaşım zamanı azarkeşin futbolçu ilə zarafat etməsi də diqqət çəkib. Belə ki, o, "Nəriman, sənin üçün bir qazan ləvəngi bişirmişik" sözləri ilə forvarda səslənib.

Milli.Az