Türkiyəli məşhur müğənni Çelik Erişçi Bakıda verdiyi konsertdən sonra sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Milli.Az xəbər verir ki, sənətçi Heydər Əliyev Sarayıda baş tutan çıxışı zamanı tamaşaçılardan biri ilə yaşanan gərginlik səbəbindən tənqid olunmuşdu. İddialarda onun kobud davrandığı irəli sürülürdü.
Bununla bağlı Çelik sosial media hesabında açıqlama verərək ona ünvanlanan "hörmətsizlik" ittihamlarını qəbul etməyib. O, həmin anın videosunu paylaşaraq vəziyyətin əslində fərqli olduğunu göstərməyə çalışıb və izləyicilərə "Siz olsaydınız, nə edərdiniz?" sualı ilə müraciət edib.
Sənətçinin bu paylaşımı sosial şəbəkələrdə geniş rezonans doğurub və istifadəçilər arasında müxtəlif fikirlərin yaranmasına səbəb olub.
Milli.Az