Çinlilər Bakıda BYD-yə "qovuşdular" - VİDEO

20 Aprel 2026 12:50

Bakıda maraqlı anlar yaşanıb.

Milli.Az xəbər verir ki, çinli gənc oğlan və qız Azərbaycanda taksi xidməti kimi istifadə olunan BYD avtomobilinə miniblər.

Sərnişinlərin avtomobilin texnoloji imkanlarına göstərdiyi maraq xüsusi diqqət çəkib. Onlar maşının səsli idarəetmə sistemi ilə dialoq quraraq müxtəlif funksiyaları sınayıblar və bu proses zamanı əyləncəli anlar yaşanıb.

Həmin anları qeydə alan taksi sürücüsü həmin görüntüləri sosial şəbəkədə paylaşıb. Qısa zamanda yayılan video izləyicilər arasında maraqla qarşılanıb və "Çinlilər Bakıda BYD ilə "qovuşdular"  kimi şərhlərlə müzakirə yaradıblar.

Sosial şəbəkə istifadəçiləri isə videoya fərqli reaksiyalar verərək həm avtomobilin texnoloji imkanlarını, həm də sərnişinlərin təəccüb və marağını əks etdirən anları şərh ediblər.

Musa
Milli.Az