iPhone istifadəçiləri yeniləmədən sonra çətinlik yaşayır - SƏBƏB

20 Aprel 2026 14:26

"Telega" adlı (Telegram-a alternativ kimi təqdim olunan) tətbiqin quraşdırıldığı "iPhone"larda iOS yenilənməsi zamanı problemlər yaşandığı iddia olunur.

Milli.Az xəbər verir ki, bəzi istifadəçilər yeniləmə sonrası telefonların donduğunu və işləmədiyini bildiriblər. Servis mərkəzləri də təmirə gətirilən cihazlarda bu tətbiqin olduğunu qeyd ediblər.

Texnobloqer Sergey Romantsev üç fərqli "iPhone" üzərində test aparıb və yalnız "Telega" quraşdırılmış cihazda problem yaşanıb. Digər telefonlar isə normal işləyib. O, bunun Apple tərəfindən tətbiqin təhlükəli kimi qiymətləndirilməsi ilə bağlı ola biləcəyini ehtimal edib.

Asya
Milli.Az