Ulduz futbolçu cinsiyyətini DƏYİŞDİRDİ?

20 Aprel 2026 12:32

Matias de Liqt ilə bağlı yayılan iddialar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, son günlərdə internetdə məşhur futbolçunun guya cinsiyyət dəyişdirmə əməliyyatı keçirdiyi barədə xəbərlər sürətlə yayılıb. Qısa müddətdə milyonlarla baxış toplayan bu iddialar istifadəçilər arasında çaşqınlıq yaradıb və "De Liqtə nə oldu?" sualı gündəmə gəlib.

Hazırda "Mançester Yunayted klubunun formasını geyinən niderlandlı müdafiəçi bu dəfə nə performansı, nə də transfer xəbərləri ilə deyil, əsassız iddialarla diqqət mərkəzinə düşüb. Sosial şəbəkədə anonim hesab tərəfindən yayılan məlumatda onun futbol karyerasını bitirə biləcəyi və klubun bu vəziyyəti gizlətdiyi iddia olunub.

Hətta bəzi paylaşımlarda futbolçunun fiziki durumundakı dəyişikliklərin hormon istifadəsi ilə bağlı olduğu və bu səbəbdən uzun müddət meydanlardan uzaq qaldığı irəli sürülüb. Bununla yanaşı, onun "Bavariya" klubundan ayrılmasının da bu iddialarla əlaqələndirildiyi bildirilib. Lakin qeyd olunan fikirlərin heç biri rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.

Məsələ ilə bağlı daha sonra sosial platformalarda "icma qeydi" (community note) əlavə olunub. Həmin qeyddə de Liqtin cinsiyyət dəyişdirmə əməliyyatı keçirmədiyi, onun meydanlardan uzaq qalmasının səbəbinin isə bel nahiyəsindəki zədə və reabilitasiya prosesi olduğu vurğulanıb. Eyni zamanda qeyd edilib ki, yayılan mətn əvvəllər başqa bir futbolçu haqqında dolaşan saxta məlumatın yenidən uyğunlaşdırılmış formasıdır.

Hazırda futbolçu ilə bağlı rəsmi mənbələrdən təsdiqlənmiş yeganə məlumat onun zədə səbəbindən müalicə və bərpa prosesi keçməsidir. Digər yayılan iddiaların isə həqiqəti əks etdirmədiyi vurğulanır.

Hüseyn
Milli.Az