Yaz meyvələri artıq bazarlara çıxıb. Lənkəranda artıq çiyələk yığımına başlanılıb.
Milli.Az xəbər verir ki, fermerlər bu il yüksək məhsuldarlıq gözləyirlər. Fermerlərin sözlərinə görə, məhsul sahələrdə 3 manata satılır:
"Çünki ilk dərimdir. Amma növbəti dərimlərdə qiymətlər daha aşağı olacaq. Alıcılarımız isə Bakı bazarıdır. Məhsuldarlıq 25-30 tondur. Ümumiyyətlə məhsul hava şəraitindən asılıdır".
Çiyələk az qulluq edilməsi və hər ay məhsul verməsi ilə seçilir. Bu da sahəyə marağı daha da artırır. Çiyələk sahələri həmçinin yerli sakinlər üçün iş imkanıdır. Məhsul həm yerli, həm xarici bazarlara çıxarılır.
Qeyd edək ki, ötən il Lənkəranda 1600 tondan çox məhsul əldə edilibsə, bu il 1800 tona yaxın məhsul olacağı proqnozlaşdırılır.
Aysel
Milli.Az