Ralli yarışında FACİƏ: Ölü və yaralılar var - Anbaan VİDEO

20 Aprel 2026 11:47

Cənubi Amerika rallisi zamanı Mina Klavero şəhərində ağır qəza baş verib.

Milli.Az xəbər verir ki, paraqvaylı pilotlar Didier Arias və Héctor Núnez-in idarə etdiyi "Volkswagen Polo" markalı avtomobil idarəetmədən çıxaraq tamaşaçıların olduğu əraziyə aşıb.

Hadisə nəticəsində Kordoba paytaxtından olan 25 yaşlı gənc xəstəxanada dünyasını dəyişib. 40 yaşlı qadın topuq nahiyəsindən sınıq xəsarəti alıb, onun azyaşlı qızı isə yüngül xəsarətlərlə xilas olub.

Qəzanın ciddiliyi və insan tələfatı səbəbindən yarış dərhal dayandırılıb, təhlükəsizlik protokolları işə salınıb və hadisənin səbəblərini araşdırmaq üçün rəsmi qurumlar tərəfindən istintaqa başlanılıb.

Hüseyn
Milli.Az