"Mikrorayon" tənqid edildi - SƏBƏB

20 Aprel 2026 12:25

Son günlər yayımlanan seriallardakı zorakılıq səhnələri insanlar tərəfindən müzakirə olunan məsələlərdəndir.

Milli.Az xəbər verir ki, mövzu xüsusilə Türkiyədə məktəblərdə baş verən hücum hadisələri fonunda daha da aktuallaşıb. 

Sosial şəbəkələrdə paylaşılan fikirlərdə qeyd olunur ki, qəddarlıq elementlərinin artması ciddi fəsadlara yol aça bilər.

Belə müzakirələrdən biri də yerli telekanallardan birində yayımlanan "Mikrorayon" adlı serialla bağlıdır. Serialın son bölümlərindən birində bir neçə nəfərin bir şəxsi amansız şəkildə cəzalandırdığı, qulağını kəsdiyi səhnə izləyicilər tərəfindən tənqid olunub. Bildirilib ki, mərhəmət, dostluq və xeyirxahlıq əvəzinə zorakılığın ön plana çəkilməsi yeniyetmələrə mənfi təsir edir.

Ekspertlər bildirir ki, televiziya məkanında daha çox maarifləndirici, sosial məsuliyyət daşıyan və müsbət dəyərləri təşviq edən məzmunlara üstünlük verilməlidir.

Qeyd edək ki, Türkiyə televiziya kanallarında həftəiçi ən azı bir kanalda mafiya və ya zorakılıq məzmunlu serial yayımlanır. Bu serialların təkrarları isə həftəsonu da nümayiş olunur. Beləliklə, mafiya mövzulu seriallar həftənin 7 günü televiziyada yer alır. Türkiyədə məktəblərə edilən hücumlardan sonra yayımlanan serialların yayımına ara verildiyi açıqlanıb. Gələcək bölümlərdə isə silah və zorakılıq səhnələrinin təqdimatında daha diqqətli və həssas yanaşma tətbiq olunacağı bildirilib.

Mina Mikayılova
Milli.Az