Saat 10:00-dan etibarən Bakının bu ərazilərində qaz KƏSİLİR

20 Aprel 2026 09:08

Bu gün paytaxtın Qaradağ və Sabunçu rayonlarında aparılacaq təmir işləri ilə əlaqədar qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Azəriqaz"dan Milli.Az-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar 20.04.2026-cı il saat 10:00-dan etibarən Sahil qəsəbəsinin, eləcə də Zabrat-1 qəsəbəsinin Neftçilər və Nərimanov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Milli.Az