İranda zəlzələ oldu

20 Aprel 2026 00:23

İranda 4.1 bal gücündə zəlzələ olub.

Milli.Az xəbər verir ki, məlumatı "Azad İran" Telegram kanalı yayıb.

Zəlzələnin episentri Şəhdad şəhərinin Sirəc bölgəsində qeydə alınıb.

Hadisə nəticəsində dağıntı və tələfat qeydə alınmayıb.

Milli.Az