Unitaza qəhvə qalığı tökmək tövsiyə olunur

20 Aprel 2026 07:07

Kimyəvi təmizləyicilərə alternativ axtaranlar üçün qəhvə qalığı həm pulsuz, həm də ətraf mühitə zərər verməyən bir seçimdir.

Milli.Az xəbər verir ki, hamamdakı xoşagəlməz qoxularla mübarizə aparmaq üçün adətən ağır kimyəvi spreylərə müraciət edirik. Lakin qəhvə qalığı təbiəti etibarilə qoxu neytrallaşdırıcıdır.

Qəhvənin məsaməli quruluşu borulardan yuxarı sızmağa çalışan qazları süngər kimi özünə çəkir.

Süni parfümlərlə qoxunu gizlətmək əvəzinə, qoxuları birbaşa təsirsiz hala gətirərək təbii fərahlıq yaradır.

Qəhvə qalığının dənəvər və bərk toxuması təmizlikdə mexaniki rol oynayır:

Unitazın divarlarına yapışan kiçik qalıqları və ərp izlərini səthə zərər vermədən sürtərək təmizləməyə kömək edir.

Bu üsulla daha az güc sərf edərək daha parlaq səth əldə etmək mümkündür.

Bazarda satılan bahalı təmizli məhsulları və aerozollar həm büdcənizə, həm də təbiətə zərər verə bilər. Qəhvə qalığını bu şəkildə dəyərləndirmək isə tullantı miqdarını azaldır və hamamı kimyəvi maddələrdən uzaq tutur.

Qəhvə qalığını unitaza tökdükdən sonra bol su ilə yuyub getməsini təmin edin. Həddindən artıq və su tətbiq etmədən istifadə etmək borularda yığılmaya səbəb ola bilər.

Lalə Qüdrətova
Milli.Az