Gecə yarısı oyanmaq sadəcə yorğunluq deyil, həm də xroniki yuxusuzluğa (insomniya) yol aça biləcək ciddi bir siqnaldır.
Milli.Az xəbər verir ki, yuxu prosesi gecə boyunca 90-110 dəqiqəlik dövrlərdən ibarətdir. Gecənin ikinci yarısında bədənimiz səhər oyanmağa hazırlaşmaq üçün kortizol (stres hormonu) ifraz etməyə başlayır:
Kortizolun artdığı an yuxunun ən yüngül olduğu mərhələyə düşür.
Bu bioloji hazırlıq mərhələsində ən kiçik bir səs və ya daxili narahatlıq insanın tamamilə oyanmasına səbəb olur. Sağlam bədən gecə bir neçə dəfə oyanır, lakin saniyələr içində geri dalır; əgər şüur tam açılırsa, yenidən yuxuya getmək çətinləşir.
Yuxunu qaçıran iki təməl maneə zehni qayğılar və qəbul edilən maddələrdir:
Ruminasiya: Gündüz idarə edilə bilən stres gecənin səssizliyində "izafi düşünmə" seanslarına çevrilir. Bu da sistemini tətikləyərək yuxuya getməyi qeyri-mümkün edir.
Kafein: Bədəndə uzun müddət qaldığı üçün yuxunun yüngül olduğu saatlarda sistemi xəbərdar edir.
Alkoqol: Yuxu keyfiyyətini pozaraq "parçalı yuxu" modelinə səbəb olur.
Gecə yarısı oyanmalarının qarşısını almaq üçün bu qaydalara əməl etmək vacibdir:
Hər gün eyni saatda oyanmaq daxili saatı tarazlayır.
Yatmazdan əvvəl ekranlardan (telefon, planşet) uzaq durulmalıdır.
Əgər oyandıqdan sonra uzun müddət yuxuya gedə bilmirsinizsə, yataqdan çıxın və başqa otaqda rahatladıcı bir fəaliyyətlə məşğul olun. Bu, beynin "yataq = oyaqlıq" əlaqəsini qırmaq üçün lazımdır.
Lalə Qüdrətova
Milli.Az