Çelikdən Bakıdakı tamaşaçılara hörmətsizlik - VİDEO

19 Aprel 2026 20:04

Məşhur türk müğənni Çelik Heydər Əliyev Sarayında konsert verib.

Milli.Az xəbər verir ki, sənətçinin konsertindəki tamaşaçılardan biri bu anları paylaşaraq şikayətlənib:

"Konsertin haqqını verdi, səsi gözəl, amma səhnəyə ya en, ya enmə!! Tamaşaçılara qarşı böyük hörmətsizlik, hətta tərbiyəsizlik göstərdi. Verilən çiçəkləri almır, şəkil çəkdirənləri əli ilə itələyir. Mən ilk dəfədir yazıram belə fikir, heç xoş olmadı". (olay)

Milli.Az