Gəncədə baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.
Milli.Az-ın yerli məlumatına görə, hərəkətdə olan "BMW" markalı minik maşını idarəetmədən çıxıb.
Nəticədə avtomobil "Changan" markalı minik avtomobili ilə toqquşub. Zərbənin təsirindən "Changan" markalı minik avtomobili divara və rabitə xəttinə dəyib. Qəza zamanı rabitə, qaz və elektrik xətləri yararsız hala düşüb.
İlkin məlumatına görə, qəzaya səbəb "BMW" markalı minik maşının təkərini partlaması olub.
Qeyd edək ki hadisə şəhərin Əziz Əliyev prospektində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az