Məşhur aktrisa vəfat etdi

19 Aprel 2026 09:30

Fransalı aktrisa Natali Mari Andre Baye vəfat edib.

Milli.Az xəbər verir ki, aktrisa 77 yaşında uzun sürən xəstəlikdən sonra Parisdəki evində dünyasını dəyişib. O, əhval-ruhiyyəyə və hərəkətlərə təsir edən, həmçinin hallüsinasiyalar yarada bilən Lewy tipli demensiya xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, Natali 90-dan çox filmdə rol alıb. Onların arasında "Bacarırsansa, tut məni", "Daunton Abbatlığı", "Bu sadəcə dünyanın sonudur" yer alıb. Aktrisa dörd dəfə Fransanın milli kino mükafatı olan "Sezar"la təltif olunub. /Axşam.az

Milli.Az