Trampın şirkəti Qafqaz ölkəsində 70 mərtəbəli bina TİKƏCƏK

19 Aprel 2026 17:30

"Tramp" təşkilatı və onun tərəfdaşları Gürcüstanın paytaxtı Tiflisdə yeni göydələn inşa edəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bu barədə "Röyters" məlumat yayıb.

Məlumatda bildirilib ki, 70 mərtəbəli "Tramp Tower Tiflis" layihəsi ölkənin paytaxtındakı ən hündürmərtəbəli bina olacaq. Həmçinin bina bir çox məqsədlər üçün istifadə olunacaq.

Qeyd edək ki, "Tramp" təşkilatı ABŞ Prezidenti Donald Trampa məxsus özəl transmilli konqlomeratdır. Şirkət əsasən daşınmaz əmlak, otelçilik, qolf meydançaları və əyləncə sahələrində fəaliyyət göstərir.

Milli.Az