İspaniya Kral Kubokunun sahibi BƏLLİ OLDU

19 Aprel 2026 09:10

"Real Sosyedad" futbol klubu İspaniya Kral Kubokunun finalında "Atletiko Madrid"i penaltilər seriyasında məğlub edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüş Sevilyada keçirilib.

Oyunun əsas vaxtı və iki əlavə hissədən sonra 2-2 hesabı ilə başa çatıb. "Real Sosyedad"ın heyətində Ander Barreneçea (1-ci dəqiqə) və Mikel Oyarzabal (45+1, penalti) vurub. Atletiko"dan Ademola Lukman (19) və Xulian Alvares (83) fərqləniblər.

Penaltilər seriyasında San Sebastian komandası 4-3 hesabı ilə qələbə qazanıb.

Milli.Az