Dünyanın ən böyük müsəlman ölkəsində 5,6 bal zəlzələ oldu

19 Aprel 2026 09:02

Sumatra adasında 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata əsasən, zəlzələnin episentri İndoneziyanın Padanqsidempuan şəhərindən (Şimali Sumatra əyaləti) 221 km cənub-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 37 km dərinlikdə olub.

Xəsarət alan və ya dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Milli.Az