Futbol oynayarkən halı pisləşən gənc ölüb

18 Aprel 2026 22:25

Sumqayıt şəhərində gəncin ölümü ilə nəticələnən hadisə qeydə alınıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə şəhərin futbol meydançalarının birində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Əliyev Müsü Etibar oğlu futbol oynayarkən qəfil halı pisləşib.

Ətrafdakı şəxslərin köməkliyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Milli.Az