"Şamaxı" səfərdə məğlub olub

18 Aprel 2026 19:39

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.

Milli.Az -ın məlumatına görə, Yevlaxda "Karvan-Yevlax" "Şamaxı"nı qəbul edib. Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hazırda meydan sahibi komanda 14 xalla sonuncu - 12-ci, qonaqlar isə 32 xalla 7-ci pillədə qərarlaşıb.

Milli.Az