İtkin düşən 7 nəfər tapıldı

18 Aprel 2026 17:10

Azərbaycanda itkin düşmüş kimi axtarışda olan yeddi nəfər tapılıb. 

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Milli.Az