Beynəlxalq Muğam Mərkəzinin "Azərbaycan muğamı" layihəsiçərçivəsində təqdim etdiyi "Muğam dəstgahları"nda "Şahnaz" və "Mirzə hüseyn" dəstgahları təqdim olunub. Konsertproqramında Muğam Televiziya Müsabiqəsinin laureatlarıGünay İmamverdiyeva, Malik Həsənov və Fatimə Hüseynova çıxış ediblər.
Xanəndələri Mirhüseyn Əsədullayev -tar, Ceyhun Muradov - kamança, Əməkdar artist Çinarə Mütəllibova- qanun, Rafael Əsgərov - balaban və nağarada Amil Mustafayev müşayiətediblər.
Konsert tamaşaçıların böyük rəğbəti və alqışları ilə qarşılanıb. Qeyd edək ki, layihənin məqsədi klassik ifaçılıq məktəbimizinyaşadılması və gələcək nəsillərə ötürülməsidir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az