Beynəlxalq Rəqs Gününə həsr olunmuş konsert təqdim olunacaq - FOTO

18 Aprel 2026 14:20

Minilliklərin yaddaşından süzülüb gələn, insanın ən ilkinduyğularını hərəkətə çevirən qədim bir sənətdir rəqs. Bədən vəruhun harmoniyası səhnədə rəngarəng hərəkətlər və ritmikmusiqi ilə birləşərək gözoxşayan bir mənzərə yaradır.

Bu rəngarəng rəqsləri canlı izləmək istəyirsinizsə, sizi 21 aprelsaat 19:00-da Azərbaycan Dövlət Uşaq FilarmoniyasınınBeynəlxalq Rəqs Gününə həsr olunmuş konsert proqramınadəvət edirik. Konsertdə Uşaq Folklor Mahnı və RəqsAnsamblının tərkibində fəaliyyət göstərən rəqs kollektivlərininçıxışları təqdim olunacaq.
Biletləri  əldə edəbilərsiz: 

https://iticket.az/events/concerts/concert-dedicated-to-international-dance-day

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az