İzmir şəhərinin Torbalı rayonunda yerləşən liseydə oxuyan 8 şagird məktəbə hücum planlaşdırmaqda şübhəli bilinərək saxlanılıb.
Milli.Az xəbər verir ki, İHA agentliyinin məlumatına görə, təxminən 20 nəfərin olduğu "12/A Avionics" adlı WhatsApp qrupunda şagirdlərin Şanlıurfa və Kahramanmaraş şəhərlərində baş verən məktəb hücumlarına bənzər bir aksiya planı müzakirə etdikləri iddia olunur.
Məlumat əsasında jandarma tərəfindən müəyyən ünvanlarda eyni vaxtda əməliyyat keçirilib. TY, AK, AEÖ., EK, RD, FG, Ç.S. və A.Ç. adlı şagirdlər nəzarətə alınıb. Onların evlərində aparılan axtarış zamanı əldə olunan sübutlar və rəqəmsal materiallar hazırda araşdırılır.
Saxlanılan 12-ci sinif şagirdlərinin dindirilməsi Rayon Jandarma Komandanlığında davam edir.
Fidan
Milli.Az