Bazarda rekord AZALMA - Neftimiz ucuzlaşdı

18 Aprel 2026 09:16

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 11,06 ABŞ dolları və ya 9,6% ucuzlaşaraq 104,49 ABŞ dollarına enib.

Bu barədə Milli.Az-a neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 10,5 dollar və ya 9,4% ucuzlaşaraq 101,33 ABŞ dolları təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 11,22 dollar və ya 13,3% azalaraq 73,20 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 17,01 dollar və ya 14,6% azalaraq 99,26 dollar/barel təşkil edib.

Milli.Az