Yeni serialı üçün 15 kiloqram arıqladı - FOTO

18 Aprel 2026 00:12

Son zamanlar pəhriz və idman sayəsində 15 kiloqram çəki atan Hakan Meriçlilər xarici görünüşü ilə hər kəsi təəccübləndirib. 

Milli.Az xəbər verir ki, Bodrumda çəkilişləri davam edən "Daha 17" serialının heyətinə yeni bir sima əlavə olunub. Hakan Meriçlilər bu layihədə "Remzi" obrazına həyat verəcək. Tamaşaçı qarşısına məktəb direktoru kimi çıxacaq aktyor seriala ikinci bölümdən etibarən daxil olacaq. O, bunun üçün 15 kiloqram arıqlayıb.

Aktyor sonuncu dəfə "Mezarlık" serialının ikinci mövsümü üçün kamera qarşısına keçib.

Lalə Qüdrətova
Milli.Az