Bu məzə həm doyurucu, həm də yüngüldür. Bir porsiyası təxminən 250 kalori təşkil edir.
Milli.Az lazım olan məhsulları təqdim edir:
1,5 stəkan çəyirdəksiz yaşıl zeytun
5-6 ədəd quru pomidor (kiçik doğranmış)
2 yemək qaşığı qoz içi (iri doğranmış)
1 yemək qaşığı nar dənələri (bəzək üçün)
1 diş sarımsaq (əzilmiş)
3 yemək qaşığı zeytun yağı
1 desert qaşığı nar şərabı
1 çay qaşığı pul bibər
Yarım çay qaşığı istiot və bir az duz
Alt təbəqə üçün: 1 stəkan süzmə qatıq
Üzəri üçün: İncə doğranmış şüyüd
Hazırlanma qaydası:
Yaşıl zeytunları halqa-halqa doğrayın. Quru pomidorları kiçik hissələrə bölün (əgər çox bərkdirlərsə, əvvəlcə bir neçə dəqiqə isti suda saxlayıb yumşaldın).
Bir qabda zeytun, quru pomidor və qozu birləşdirin. Üzərinə əzilmiş sarımsaq, zeytun yağı, nar şərabı və ədviyyatları əlavə edin. Sousun hər tərəfə yayılması üçün yaxşıca qarışdırın.
Süzmə qatığı servis boşqabına yayın və qaşıqla ortasında yüngül bir çuxur açın.
Hazırladığınız zeytunlu qarışığı qatığın üzərinə qoyun.
Üzərini şüyüd və nar dənələri ilə bəzəyin.
Zeytunlar çox duzludursa, doğramazdan əvvəl suda saxlayıb duzunu çıxarın.
Mütləq süzmə qatıq istifadə edin. Adi qatıq sulana bilər və görüntünü korlayar.
Məzəni süfrəyə verməzdən 10-15 dəqiqə əvvəl hazırlayıb gözlətsəniz, dadlar bir-birinə daha yaxşı keçər.
Qoz yerünə fındıq və ya badam, süzmə qatıq yerinə isə labne pendiri istifadə edərək fərqli dadlar yarada bilərsiniz.
Lalə Qüdrətova
Milli.Az