Ermənistan və Azərbaycan artıq sülh vəziyyətindədir — Ermənistan XİN

17 Aprel 2026 20:21

Ermənistan və Azərbaycan sülh vəziyyətindədir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Antaliya Diplomatiya Forumu çərçivəsində azərbaycanlı jurnalistlərə Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan deyib.

"Ermənistan və Azərbaycan artıq sülh vəziyyətindədir. Biz artıq ilkin mübadilələrə başlamışıq, o cümlədən Azərbaycandan neft məhsullarının idxalı həyata keçirilir. Tərəflər həmçinin gələcək mümkün ticarət üçün malların siyahıları ilə mübadilə ediblər", - deyə o bildirib.

Onun sözlərinə görə, normallaşma prosesi davam edir.

"Sülh sazişinin mətni artıq paraflanıb və biz onun imzalanması və sonrakı ratifikasiyası istiqamətində Azərbaycan tərəfi ilə işi davam etdirəcəyik", - deyə Kostanyan qeyd edib.

Milli.Az